Prezident İbrahim Rəisinin helikopter qəzasında həlak olması barədə xəbər təsdiqləndikdən sonra İran hökumətinin fövqəladə iclası çağırılıb.
Elchi.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
Bununla yanaşı, paytaxt Tehranda təhlükəsizlik tədbirləri gücləndirilib.
Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Təbrizin imam cüməsi Ayətullah Əli Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhməti 19 mayda Şərqi Azərbaycan vilayətində baş verən helikopter qəzasında həlak olub.