Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, BRİKS-ə qoşulmaq istəyən ölkələrin sayı durmadan artır.
Elchi.az xəbər verir ki, Uşakovun sözlərinə görə, artıq 30-dan çox müraciət daxil olub.
“Tayland və Malayziya bu yaxınlarda ərizələrini təqdim edənlər arasındadır. Hazırda bu assosiasiyanın tərəfdaş dövlətlərinin yeni kateqoriyasının meyarlarının razılaşdırılması, eləcə də belə statusun verilə biləcəyi ölkələrin təxmini siyahısının formalaşdırılması istiqamətində iş aparılır”.
Rusiya prezidentinin köməkçisi həmçinin BRİKS-in yeni, daha ədalətli və bərabər dünya nizamının qurulmasında artan rolunu qeyd edib. Uşakovun sözlərinə görə, Rusiya assosiasiyanın geniş tərkibdə ilk sammitinin uğurlu və məhsuldar keçməsi üçün hər şeyi edəcək.
Yeganə
Mənbə: Vesti.ru