Britaniyanın baş naziri Rişi Sunak polis tərəfindən cərimələnməsindən sonra Britaniya parlamentinin üzvləri tərəfindən səhlənkarlığa görə töhmət alıb.
Elchi.az bildirir ki, bu barədə “Sky News” xəbər verir.
Parlament üzvü, Leyboristlər Partiyasının vitse-prezidenti Angela Rainer Sunakın hərəkətlərini tamamilə məsuliyyətsiz adlandırıb.
Leyboristlər Partiyasından olan deputat Kris Brayant qeyd edib ki, baş nazir dürüst və ləyaqətli olacağına söz verib, amma əvəzində ikinci dəfə qanunu pozduğuna görə cərimələnib.
O, Sunakın istefasına toxunaraq, “Ümumi seçkilərin vaxtı gəldi”,-sözlərini deyib.
Leyboristlərdən olan deputat Kat Smit, “Heç kim qanundan üstün deyil” deyərək, Baş naziri sərt tənqid etməzdən əvvəl yol təhlükəsizliyi ilə bağlı işlərinə görə polisə təşəkkür edib.
Yeganə