Yeni Zelandiyaya səfəri zamanı 800 sərnişində koronavirus testi müsbət çıxan Majestic Princess gəmisi Avstraliyanın Sidney limanında lövbər salıb.
Bildirilib ki, təxminən 800 sərnişini COVID-19 daşıyan gəmi Avstraliyanın Sidney limanına yanaşıb.
Elchi.az xəbər verir ki, gəminin bağlı olduğu Carnival Australia-dan əldə edilən məlumata görə, 4600 sərnişin və ekipajla Yeni Zelandiyadan 12 günlük səyahətdən qayıdan Majestic Princess gəmisindəki sərnişinlərin təxminən 20 faizində COVID-19 simptomları aşkar edilib.
Müayinə olunan sərnişinlərdən 800-nün COVID-19-a yoluxduğu müəyyən edilib. Müsbət nəticə verən sərnişinlərin səyahət zamanı kabinələrində təcrid olunduğu öyrənildi.
Şirkətin direktoru Marguerite Fitzgerald verdiyi açıqlamada, 12 günlük səyahətin təxminən yarısında çox sayda hal aşkar edilməyə başladı, bütün hallar ya asemptomatik, ya da yüngül simptomları olanlardır.
Onlara eniş icazəsi verildi
Avstraliyanın dövlət orqanları, testi müsbət çıxan sərnişinlərə gəmi dayandıqdan sonra enməyə icazə verdi.
Sərnişinlərdən ictimai nəqliyyatdan istifadə etməmələri xahiş olunub.
“Biz COVID-19 üçün müsbət test edən bütün sərnişinlərə təcrid müddətini başa çatdırmaq üçün şəxsi nəqliyyat və yaşayış yerləri ilə kömək etməyə çalışırıq” dedi şirkət direktoru Fitzgerald.
Şayəstə