UEFA İcraiyyə Şurasının üzvü Sərvət Yardımcı 2026 UEFA Avropa Liqası və 2027 UEFA Konfrans Liqası finallarının İstanbulda oynanılacağını açıqlayıb.
Elchi.az xəbər verir ki, İrlandiyanın paytaxtı Dublində UEFA İcraiyyə Şurasının iclası keçirilib.
İdarə Heyəti 2026-cı ildə UEFA Avropa Liqasının finalının “Beşiktaş”ın ev oyunlarını keçirdiyi Tüpraş Stadionunda keçirilməsinə qərar verərkən, 2027-ci ildə Konfrans Liqasının finalının oynanılacağı stadion daha sonra müəyyənləşəcək.
Tüpraş Stadionu ikinci dəfə UEFA-nın final təşkilatına ev sahibliyi edəcək. 2019-cu ildə İngiltərənin iki komandası, Liverpool və Chelsea komandalarının üz-üzə gəldiyi UEFA Super Kubokunun final matçı o vaxt məlum olduğu kimi Vodafone Parkda keçirilib.
Nuranə Məmmədova