“Ermənistan-Azərbaycan arasında baş verən hərbi qarşıdurmada aydın şəkildə görünür ki, təkcə Ermənistan hərbi-siyasi rəhbərliyinin deyil, eyni zamanda regionda sülhün və sabitliyin qurulmasında maraqlı olmayan qüvvələrin də əli var”.
Elchi.az xəbər verir ki, bu fikirləri politoloq Samir Hümbətov Feysbuk hesabında qeyd edib:
“Hesab edirəm ki, belə olmasaydı nə İranın məlum hadisələrlə bağlı verdiyi ermənipərəst açıqlama, nə KTMT məsələsini gündəmə gətirməsi, nə ABŞ-nin dövlət katibinin açıqlaması, nə Fransa prezidenti Emmanuel Makronun Azərbaycan Prezidenti İlham Əliyevə telefon zəngi baş verərdi. Hadisələrin baş vermə tendensiyasına baxdıqda aydın şəkildə məlum olur ki, baş verən carxasında böyük güclərin məkirli siyasi planları məqsədli şəkildə davam etdirilir”.
Şayəstə