Amerikalı psixiatrı Ceyn Manno depressiyada olan insanlara yaxşı təsir edən məqamı diqqətə çatdırıb.
Elchi.az “Ntv.com.tr”-yə istinadən bildirir ki, C.Manno itin insanın yanında olmağının müsbət tərəflərini sadalayıb.
Psxiatr bildirib ki, bir insan itlərlə vaxt keçirərsə onun beyindəki müsbət kimyəvi maddələri artırdır, qan təzyiqi aşağı düşürı və stress, depressiyadan qurtulmağa imkan yaranır. Manno itlərin insanların tənhalıq hissini azaltdığını və onların depressiyalarını daha qısa müddətdə aradan qaldırmalarını təmin etdiyini də vurğulayıb.