İkinci Dünya Müharibəsi zamanı məktəbi yarımçıq qoyan qadın, nəhayət, 83 ildən sonra 105 yaşında təhsil üzrə magistr dərəcəsi qazanıb.
Elchi.az xəbər verir ki, 105 yaşlı Virciniya Ginger Hyslop 1940-cı ildə “Stenford” Universitetinin Təhsil Məktəbində bakalavr dərəcəsini alıb və dərhal “Stenford” Ali Təhsil Məktəbində magistr dissertasiyası üzərində işləməyə başlayıb.
Virciniyanın nişanlısı Corc Hyslop İkinci Dünya Müharibəsi zamanı hərbi xidmətə çağırılıb və bu, cütlüyün evlənməsinə və məzuniyyət dissertasiyasını tamamlamazdan əvvəl kolleci tərk etməsinə səbəb olub.
Hazırda Vaşinqtonda yaşayan V.Hyslop təhsil sahəsində işini davam etdirir, yerli məktəb şurasında xidmət edir. O, eyni zamanda “Yakima “Məktəblər Şurasına sədrlik edir. 105 yaşlı qadın Vaşinqtonda, Toppenişdə “İrs” Universitetinin yaradılmasına kömək edib və 20 il idarə heyətinin direktoru olub.
Yeganə
Mənbə: Reuters.com